Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya düşdü - Ölənlər var + Foto

18 Yanvar 2018 12:42 (UTC+04:00)

AzNews.az “news.am”a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin balansında olan "Ural" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ 2107"də olan sərnişinlərdən 2-si ölüb, 1-i ağır yaralanıb. Məlumata görə hərbçilər yaralanmayıb, başqa bir avtomobilə hərbi hissəyə aparılıblar.