“ABŞ verdiyi sözə əməl etmədi” - Mövlud Çavuşoğlu

18 Yanvar 2018 14:10 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, ABŞ PKK (Kürd Fəhlə Partiya) terror təşkilatının Suriyadakı qolu YPG-yə verdiyi silahları toplayacağına söz verməsinə baxmayaraq, sözünə əməl etməyib.

"ABŞ terrorçularla işbirliyinə son qoymalıdır" deyən xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonun İraqda yaşananlardan dərs almadığını bildirib.