“Mənim deportasiyam hazırlanır” - Saakaşvili

18 Yanvar 2018 14:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Onlar mənim Ukraynadan deportasiyamı sürətləndirirlər. Mənim bir müddət əvvəl çıxarılan qərardan şikayət etmək üçün 30 günüm var idi. 30 günü gözləmədən Miqrasiya Xidməti özü udduğu məhkəmədən şikayət verdi. Bu ona görə edilib ki, məhkəmə bazar ertəsi olsun, çərşənbə axşamı isə məni Ukraynada qalmaq üçün bütün leqal sənədlərdən məhrum etsinlər”, – deyə o bildirib(axar.az).