Yük qatarında nasazlıq - Yol bağlandı

18 Yanvar 2018 16:04 (UTC+04:00)

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Qumbaşı kəndində yük qatarı əyləc sistemində yaranan nasazlıq səbəbindən yolda qalıb. Bu da avtomobil yolunun bağlanmasına səbəb olub.

Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində gecikmələr baş verib.

Qatar təmir edildikdən sonra yolda hərəkət bərpa olunub.

AzNews.az