Elşad Abdullayevin Moskvadakı gəlir mənbəyi - İlginc

4 Mart 2013 13:20 (UTC+04:00)


Elşad Abdullayevin rektoru olduğu Azərbaycan Beynəlxalq Univerisitetinin Moskva filialı hələ də fəaliyyət göstərir. Bu barədə AzNews.az xəbər portalına Rusiya Xalqlar Dostluğu Universitetinin adının çəkilməsini istəməyən azərbaycanlı müəllimlərindən biri deyib. Həmin müəllimin dediyinə görə, adıgedən təhsil müəssisəsi Moskvada deyil, Moskva vilayətində fəaliyyət göstərir.

Mənbənin bildirdiyinə görə, adı çəkilən filial Moskvadan xeyli uzaq bir kənddədir. Amma bu formal belədir. Həmin kənddə univerisitetin sadəcə ünvanı var. Moskva vilayətinin Odinsovo rayonunu Marfifno adlı kəndində universitetin ünvanı göstərilir. Ünvan dəqiq belədir: "Moskovskaya obl, Odinsovskiy-on, selo Marfino 25 a-l." Bundan başqa Odinsovo rayonunun rəsi İnternet saytında belə ABU-nun Moskva filialı rayon ərazisində fəaliyyət göstərən ali məktəblər siyahısına daxil edilib.

Mənbə deyir ki, filial Rusiya Təhsil Nazirliyinin A – 164599 saylı lisenziyası ilə fəaliyyət göstərir. Həmin lisenziya isə filiala hətta ilboyu tələbə köçürmələrinə imkan verir.
Filialın rektoru da kifayət qədər maraqlı adamdır. O, Azerros təşkilatının idarə heyətinin üzvü Viktor Tatarinsevdir.

Orxan
AzNews.az