Roma papası təyyarədə kilsə nikahı kəsdi, cütlük evləndi - Video

19 Yanvar 2018 10:20 (UTC+04:00)

"Publika" xəbər verir ki, Çilinin Santyaqo şəhərindən İkike şəhərinə uçan təyyarə ilə səyahət edən Roma Papası maraqlı anlar yaşayıb.

Təyyarənin işçiləridən stüardessa Paula Podest və texniki işlərə baxan Karlos Çuffardi 8 ildir rəsmi nikahda olsalar da, Santyaqo kilsəsi dağıldığı üçün kilsə nikahına girə bilməyiblər və bu arzularını gerçəkləşdirmək istədiklərini deyiblər. Onlar Roma Papasından xeyir dua verməsini rica ediblər.

Roma Papası 2 övladları olan cütlüyə təyyarədə uçuş zamanı xeyir dua verib. Gözlənilməz mərasim sərnişinlər tərəfindən anbaan lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:

AzNews.az