Azərbaycan bu ölkələrə at əti ixrac edəcək

19 Yanvar 2018 10:22 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, müvafiq lisenziyaları “Aqro-İnvest və İstehsalat” və “AZMEAT777” şirkətləri əldə edib.

Qeyd olunur ki, “Aqro-İnvest və İstehsalat” bu ölkələrə balıq və balıq məhsulları, nərə kürüsü, eləcə də yarımfabrikatlar və konservlər tədarük edəcək.

“AZMEAT777” isə Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək. Şirkət indiyədək yalnız Qazaxıstana at əti tədarük edirdi.

Qeyd edək ki, 20-dən çox Azərbaycan şirkəti Gömrük İttifaqı ölkələrinə məhsul tədarükü ilə bağlı lisenziyaya malikdir.