Samarada spirtli içki satışına qadağa qoyulacaq

19 Yanvar 2018 10:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yarışların təşkil ediləcəyi 11 şəhərdən biri olan Samarada turnirin keçirildiyi müddətdə spirtli içkinin satışına qadağa qoyulacaq.

Qadağa daha çox qələbəlik ərazilərdə və turnirin təşkil edildiyi bölgələrdə tətbiq ediləcək.

Spirtli içkilər “Samara Arena” stadionuna ən az 2 km məsafədə, həmçinin bütün restoran və kafelərdə də satılmayacaq(publika).