Çobanın qətlinin təfərrüatı: “O, kriminal aləmdə tanınan Həşimovların...”

19 Yanvar 2018 11:03 (UTC+04:00)

Sabir qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Natiq Şirbala oğlu Binyətovla, çobanlıq edən qonşusu Zaur Seyidağa oğlu Hacıyev arasında otlaq sahəsi üstündə mübahisə düşüb:

“Hər ikisi təsərrüfatla məşğuldu. Heyvanlarının bir-birinin otlaq sahələrinə kecdiyi ücün dəfələrlə mübahisələri olub. Zaur Hacıyev həmişə Natiqin qapısına gəlib dava salırmış. Hətta o, buna görə bir necə dəfə də sahədə döyülübmüş. Bütün bunlardan cana doyan Natiq bu dəfə silaha əl atıb. Zaur qapısına gələn kimi ona tüfəngdən atəş açıb”.

Sakinlərin bildirdiyinə görə, Zaur Hacıyevin saxladığı heyvanlar kriminal aləmdə tanınan Həşimovlara məxsusdur.

Qeyd edək ki, Şamaxıda qətl hadisəsi olub. Rayonun Sabir qəsəbə sakini Natiq Binyətov qonşusu Zaur Hacıyevi ov tüfəngindən atəş açmaqla qətlə yetirib.

Bahar RÜSTƏMLİ
AzNews.az