İranda 500 minlik əsginaslar buraxılacaq

4 Mart 2013 13:21 (UTC+04:00)
İran hökuməti dövriyyəyə 200 min və 500 min riallıq əsginaslar buraxmağa hazırlaşır. "APA-Economics"in "Mehr News Agency"yə istinadən xəbərinə görə, bunu İran Mərkəzi Bankının nümayəndəsi Məcid Saniey bildirib.

Qeyd edək ki, hazırda İranda ən iri əsginas 100 min rialdır. Rəsmi kursla bu pul vahidi 8 dollar, "qara bazar"da isə 2,5 dollardır.

İran İqtisadiyyat Nazirliyi razılıq verərsə, Mərkəzi Bank yeni əsginasların çapına başlayacaq. 200 minlik əsginaslar martın sonundan, 500 minlik riallar isə yaxın 2 il ərzində dövriyyəyə buraxılacaq.

Qeyd edək ki, ABŞ və Avropa Birliyinin ötən ildən tətbiq etdiyi sanksiyalar nəticəsində İran milli valyutası kəskin bahalaşıb. Ötən ilin fevralında 13 min rial olan 1 ABŞ dolları bu ilin fevralında 40 min riala satılıb.

AzNews.az