Binə sakinləri yenə qazsız qaldı

19 Yanvar 2018 11:18 (UTC+04:00)

Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən əraziyə verilən qaz təchizatı kəsilib. Qəsəbə sakinləri aidiyyatı qurumlara müraciət etsələr də, kəsilən qaz təchizatı bərpa olunmayıb.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında sözügedən ərazinin bir hissəsini təbii qaz təchizatı ilə təmin edən 219 mm-lik orta təzyiqli qaz xəttinin üzərindəki qaz tənzimləyicinin sıradan çıxdığını deyib:

“Hal-hazırda həmin qaz tənzimləyici əməkdaşlarımız tərəfindən yenisi ilə əvəzlənir. Qazın verilişi yaxın saatlarda bərpa olunacaq”.

Aybəniz KƏLBİYEVA

AzNews.az