Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? - Aydın Əliyevdən münasibət

19 Yanvar 2018 12:27 (UTC+04:00)

AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 2017-ci ilin yekunlarına dair hesabat konfransında qeyd edib ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi müstəqil ekspertlərin öz fikridir:

"Dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri var. Azərbaycanda isə müstəqil fəaliyyət göstərir. Buna hökümət özü müəyyənləşdirib qərar verməlidir. Biz dövlətin əsgəriyik, necə məsləhət olsa, elə də işləyəcəyik".

Daha sonra Əliyev əlavə edib ki, elə ölkələr var ki, gömrük xidməti orada Maliyyə Nazirliyinin bazasında, bəzi ölkələrdə Sərhəd Xidməti ilə birgə, elə ölkələr də varki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.