"Bir qələtdi eləmişəm, utanıram" - Əməkdar artist

19 Yanvar 2018 14:26 (UTC+04:00)

Bu sözləri açıqlamasında ARB TV-nin "Günə son" verilişinə telefon bağlantısı ilə qoşulan Əməkdar artist Gülbahar Şükürlü deyib.

Əməkdar artist daha sonra bundan peşman olduğunu bildirib:

"3 aya 18 kilo aldım. Yeməyi xoşalayanam. Bəziləri yazdı ki, Gülbahar ağır xəstəliyə tutulub. Məndən soruşmamış çox şey danışdılar. Mən botoks etdirmişdim bir dəfə. Sonra gördüm ki, mənə yaraşmır. Bir yaxın rəfiqəm dedi ki, çox dəyişmisən. Dedim ki, bir qələtdi eləmişəm, daha eləməyəcəm. Kilo almışam deyə üzüm dartılıb, onlar da elə bilir botoks etdirmişəm".

AzNews.az