Azərbaycan karateçiləri “Qran Pri” turnirindən 8 medalla qayıdıb

19 Yanvar 2018 15:52 (UTC+04:00)

Federasiyadan verilən məlumata görə, AMKF-in prezidenti Yaşar Bəşirov nüfuzlu turnirdən 2 qızıl, 2 gümüş və 4 bürünc olmaqla 8 medal qazanan idmançıların qənaətbəxş nəticə göstərdiyini deyərək, bütün bu uğurların Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin ölkə idmanına göstərdiyi dəstək sayəsində əldə olunduğunu bir daha diqqətə çatdırıb. Yeniyetmə və gənc karateçiləri təbrik edən federasiya prezidenti nəticələrin daim artacağına ümidvar olduğunu söyləyib.

AzNews.az