"Anam mənə inanmırdı"

19 Yanvar 2018 15:52 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu sözləri "Günə son" verilişinə açıqlaması zamanı müğənni Niyam Salami deyib.

O, Türkiyədə yeni açacağı restorandan danışarkən ailə üzvlərinin buna qarşı çıxdığını bildirib:

"Evdə çox narazılıq oldu. Anam mənə inanmırdı. Gözündən uzağa qoymaq istəmirdi. Ona söz verdim ki, birdəfəlik getmirəm. Noyabrda Azərbaycanda solo konsert verəcəm. Restoranın dizaynını Samir mənə həvalə edib".