Həbsxanadan çıxan məşhur reper yenidən həbs edildi

19 Yanvar 2018 16:20 (UTC+04:00)

AzNews.az TMZ-yə istinadən xəbər verir ki, məşhur reper silah oğurluğunda, qanunsuz silah saxlamaqda, marixuananın istifadəsində ittiham edilir.

Dieuson Octave iyun ayında həbsxanadan çıxmışdı. Belə ki, 364 gün həbs cəzası verilən reper 97 gündən sonra azad edilmişdi.

O, dəmir barmaqlıqlar içərisində olarkən həyat qabiliyyətlərini yaxşılaşdırmaq üçün könüllü şəkildə kurs keçdikdən sonra sərbəst buraxılıb. Hazırda reper ev dustaqlığı altındadır, lakin məhkəmə prosesi başa çatdıqdan sonra həbsxanaya qayıdacaq. Oktyabr ayında isə sənətçi cinsi təcavüzdə ittiham olunub, bu iş üzrə də istintaq davam edir.