Ermənistanın dövlət borcu 7 milyarda yaxınlaşır

19 Yanvar 2018 16:30 (UTC+04:00)

Bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. Qəzet bu borcun 6,173 milyard dollarının hökumətin payına düşdüyünü bildirib. Ümumi borcun 4,893 milyard dollarını xarici borc təşkil edib:

“2016-cı ilin sonunda ölkənin borcu 5,942 milyard dollar olub. 2017-ci il ərzində borc 832,5 milyon dollar artıb. Faktiki olaraq Karen Karapetyan hökuməti əvvəlkilərdən heç nə ilə fərqlənmir. Problemlərin həlli üçün onun hökuməti yeni kreditlər götürüb, onun geri qaytarılmasını Ermənistan vətəndaşlarının üzərinə atır”.

Qeyd edək ki, Ermənistanın dövlət borcu dekabrın əvvəllərində 6,404 milyard dollar idi(axar.az).

AzNews.az