Sürücülərin nəzərinə - Bakıda bu yollarda hərəkət məhdudlaşdırılır

19 Yanvar 2018 18:44 (UTC+04:00)

AzNews.az agentliyə istinadən xəbər verir ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Mehdi Hüseyn küçəsində, həmçinin Yasamal rayonu, Parlament prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”, - deyə məlumatda qeyd olunub.