Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

19 Yanvar 2018 19:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Hadisə Ziya Bünyadov prospektində baş verib.

Belə ki, avtobusdan düşüb yolu təyin olunmamış yerdən qaçaraq keçmək istəyən piyadanı “Tofaş” markalı avtomobilin sürücüsü vurub.

Zərbə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.(oxu.az)