Bakıda zəncirvari qəza - yaralanan var

19 Yanvar 2018 21:06 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Suraxanı Polisi hadisəylə əlaqədar araşdırma aparır.