Salyan sakinindən 3 kiloqramdan çox narkotik tapıldı

19 Yanvar 2018 22:23 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Salyan Polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, Şahbazov Rövşən Nurəddin oğlunun yaşadığı ünvana baxış keçirilən zaman ordan 3,175 kiloqram narkotik maddə olan qurudulmuş marixuana və 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.