Pele xəstəxanaya yerləşdirildi

19 Yanvar 2018 23:45 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ürəyi gedən braziliyalı sabiq futbolçunun hazırda durumunun yaxşı olduğu bildirilib. Xəstəxanada müalicəsi davam etdirilən Pelenin bu səbəbdən həftəsonu İngiltərənin paytaxtı Londona səfəri təxirə salınıb.

Qeyd edək ki, Pele bundan əvvəl böyrəyində problemə görə xəstəxanaya yerləşdirilmişdi.