Bakıda gənc oğlan bıçaqlanıb

20 Yanvar 2018 09:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Əkbərov Nicat Adıgözəl oğlu Cavanşir körpüsünün altında naməlum maşında bıçaqlanaraq yerə itələnib.

Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır(report).