Bakıda Bayker qəza törətdi

20 Yanvar 2018 09:17 (UTC+04:00)

“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Salayev Rahil Əlirəhman oğlu idarə etdiyi motosikletlə Nəriman Nərimanov prospektində yüksək sürətlə hərəkətdə olan zaman onu aşırıb.

Nəticədə sürücü kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Araşdırma aparılır.

AzNews.az