Avtobus qəzasında 13 nəfər ölüb, 42 nəfər yaralanıb: Türkiyədə

20 Yanvar 2018 09:26 (UTC+04:00)

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhr ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün etdiyi kəskin manevr nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerində polis işləyir.

AzNews.az