Sərxoş adamın od vurduğu moteldə 5 nəfər ölüb

20 Yanvar 2018 09:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ikimərtəbəli binada yanğın gecə saat 3 radələrində başlayıb. Şahidlərin ifadələrinə əsaslanan polis motelin yaxınlığındakı restoranın işçisini şübhəli şəxs qismində saxlayıb. İlkin dindirmə zamanı müəyyən edilib ki, həmin şəxs yaxınlıqdakı qaz stansiyasından 10 litr maye qaz alaraq moteli yandırıb.

Buna səbəb isə sərxoş vəziyyətdə olduğuna görə ona moteldə gecələmək üçün yer verilməməsidir(azərtac).