Qazaxda yanğın

20 Yanvar 2018 10:09 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qazax rayonunda ümumi sahəsi 90 m2 olan köməkçi tikilinin mətbəxinin yanar konstruksiyaları 28 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.