Terrorçular dinc sakinləri güllələyib - 25 nəfər ölüb

20 Yanvar 2018 10:36 (UTC+04:00)

“Report” "Sabah"a istinadən xəbər verir ki, hadisə terrorçuların və ABŞ hərbi təlimçilərinin nəzarəti altında olan Menbiç bölgəsində baş verib.

Onlar əhalini silah gücü ilə şəhərin meydanına çıxarırlar.

Terrorçular Türkiyənin Suriyaya aid Afrin bölgəsində antiterror əməliyyatı keçirəcəyi barədə məlumat yayıldıqdan sonra dinc sakinləri yük maşınlarına dolduraraq canlı qalxan qurmaq məqsədi ilə sərhədə aparırlar. Onların çoxu 12-14 yaşlı yeniyetmələr və 70 yaşlı qadın və kişilərdir.

AzNews.az