MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

20 Yanvar 2018 11:00 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir:

"Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq. Dairələrdə müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər biz bu prosesə yekun vurmalıyıq və siyahıları rəsmi sənəd kimi təsdiq edəcəyik".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

AzNews.az