Afrin üçün qanlı döyüşlər başladı - “Mehmetcik”-də 4 şəhid

20 Yanvar 2018 11:11 (UTC+04:00)

"Publika" “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu haqda PYD terrorçuları bildiriblər.

Məlumata görə, türk hərbçiləri Bülbül qəsəbəsi ərazidə xüsusi təyinatlı dəstənin müşayiəti ilə irəliləyirmişlər. Nəticədə tərəflər arasında döyüş baş verib. PYD-nin itkiləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsinə müdaxilə üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ankara mövqelərin yaxınlıaşdırılması üçün Moskva ilə danışıqlar aparır.

AzNews.az