Azərbaycan-Rusiya sərhədinin demarkasiyasına dair görüş keçiriləcək

20 Yanvar 2018 11:20 (UTC+04:00)

APA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, görüşün fevralın 20-dən sonra Bakıda keçirilməsi nəzərdə tutulur.

X. Xələfov sərhəd xəttində 1-ci sərhəd nişanlarının qoyuluş mərasiminin keçiriləcəyini deyib.