Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov qeyd edib ki, razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırılmalıdır: “Bununla bağlı işçi qrupunun iclası olacaq. İşçi qrupunun görüşü fevralda keçirilə bilər”.
“Bundan əvvəl sammitin ilin birinci yarısında keçirilməsi nəzərdə tutulurdu. Lakin hər şey Qazaxıstan rəhbərliyindən asılıdır, çünki sammiti qəbul edən tərəf onlardır”.