Xalqımız 20 Yanvar şəhidlərini yad edir - Foto

20 Yanvar 2018 12:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yanvarın 20-də səhər tezdən Şəhidlər xiyabanına insan axını başlayıb. Bakı sakinləri bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Onların arasında paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olur.

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axını davam edir, şəhid məzarlarının üzərinə al qərənfillər düzülür. Bu, qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın parlaq təcəssümüdür.