Azərbaycanda nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırıldı 12:00-da

20 Yanvar 2018 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.