"Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar" - Türkiyə səfiri

20 Yanvar 2018 12:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər:

"Onlar Azərbaycanın müstəqilliyinin yolunu açdılar. 20 Yanvartarixində insanlığa qarşı günah işlənib. Üzərimizə düşən məsuliyyət onların xatirəsini yad etmək, keçmişdən dərs alaraq bu hadisələrin təkrarlanmaması üçün çalışmaqdır. Yəni, düşmənlərimizin qarşısında hər zaman güclü olmayılıq"(apa).