Füzuli sakini qohumunu güllələdi

20 Yanvar 2018 12:43 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.

Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng də götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

AzNews.az