"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, rayonun Mərzəndiyyə kəndində yaşayan rayon sakinləri - 1974-cü il təvəllüdlü Şəfiyev Mayıl Durdu oğlu və onun qardaşı 1977-ci il təvəllüdlü Müşfiq dalaşıb. Qardaşların biri ayağından küt alətlə, digəri isə başından xəsarət alıb.
Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
AzNews.az