"20 Yanvar" metrostansiyasında anım mərasimi keçirilib - Foto

20 Yanvar 2018 13:32 (UTC+04:00)

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metronun bütün stansiyalarında matəm musiqiləri səsləndirilib.

Saat 12:00-da metronun "20 yanvar" stansiyasında anım mərasimi keçirilib. Həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilərək şəhidlərin əziz xatirəsi yad edilib.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov və metropoliten əməkdaşları "20 yanvar" stansiyasında şəhidlərin xatirəsinə hazırlanan kompozisiyanı ziyarət edib, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

AzNews.az