Tərtərdə əl qumbarası tapıldı

20 Yanvar 2018 19:30 (UTC+04:00)

ANAMA-dan AzNews.az-a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan ərazidə su kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Əl qumbarası zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.