Müdafiə Nazirliyi rus əsgərlərinə Afrin bölgəsindən çıxmağı əmr etdi

20 Yanvar 2018 20:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyadakı Rusiya komandanlığı Türkiyənin Afrin bölgəsində Kürdlərə qarşı təşkil etdiyi əməliyyat səbəbi ilə orada olan hərbçilərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb. Rusiyalı hərbi qulluqçuların həyatı və sağlamlığına qarşı təhlükənin qarşısını almaq üçün əsgərlər və hərbi polislərin əməliyyat qrupu Afrindən Tell-Adjar bölgəsinə köçürülüb.