Hollandiya ABŞ-a qarşı: Fələstinə yardım edilir

20 Yanvar 2018 20:11 (UTC+04:00)

AzNews.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Ticarət və Əməkdaşlıq naziri Siqrid Kaaq açıqlama verib. "Biz fələstinli mühacirlərin maliyyə çətinlikliyinə biganə qalmayaraq təcili yardım qərarı qəbul etdik” – nazir bildirib.

BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatının tarixin ən böyük maliyyə çətinliyi ilə üzləşdiyini deyən Kaaq, bu vəziyyətdən insanların, xüsusilə də uşaqların əziyyət çəkdiyini deyib.

Xatırladaq ki, ABŞ dövlət departamenti, Fələstinə veriləcək 125 milyon dollarlıq yardımın 65 milyon dollarlıq hissəsinə yenidən baxılacağını açıqlamışdı.