Ehtiyatsızlıq Yevlax sakininin ölümünə səbəb oldu

20 Yanvar 2018 20:45 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib.

1986-cı il təvəllüdlü kənd sakini Elton Bəhram oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb. Hadisəyə elektrik naqili ilə ehtiyatsız davranma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az