1 yaşlı körpə ağır yaralandı

20 Yanvar 2018 21:07 (UTC+04:00)

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Natəvan küçəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Mustafayev Elcan yaşadığı evin pilləkənindən yıxılaraq ağır xəsarət alıb. O, valideynləri tərəfindən Şamaxı Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az