Fabrikdə yanğın - 17 nəfər öldü

20 Yanvar 2018 23:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, axşam saatlarında paytaxtın Başana sənaye bölgəsində başlayan yanğın nəticəsində 17 nəfər ölüb. Alovun təsiri ilə fabrikdə olan partlayıcı materialların partlaması yanğınsöndürmə qruplarının fəaliyyətinə mane olub və proses uzanıb. 6 nəfər ağır yanıq xəsarətləri alıb. Rəsmilər yanğına səbəb kimi qısaqapanmanın olmasını ehtimal edirlər.

Hindistanda sənaye yerlərində fabriklərin binalarının köhnə infrastrukturu sayəsində tez-tez yanğın hadisələri olur.