Hotelə basqın - Ölənlər var

20 Yanvar 2018 23:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bir neçə adam girov götürülüb, öldürülənlər var. Bu barədə Tolo News telekanalı Əfqanıstan polisinə istinadən məlumat verib. Ölkənin Daxili İşlər Nazirliyi hücum faktını təsdiqləyib. Polis binanın ətrafındakı ərazini bağlayıb. Hazırda təhlükəsizlik qüvvələri hücum edənləri zərərsizləşdirməyə çalışır. Məlumata görə, terrorçular binanın ən yuxarı mərtəbələrindən atəş edirlər. Hadisənin 3 kamikadze tərəfindən törədildiyi deyilir.