Kabildə otelə hücum

21 Yanvar 2018 10:59 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini açıqlayıb.

Əməliyyat zamanı 3 silahlı məhv edilib.

Qeyd edək ki, şənbə günü axşam bir qrup silahlı “Intercontinental Hotel” mehmanxanasına hücum edib. Nəticədə biri əcnəbi olmaqla, 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Intercontinental Hotel” bundan əvvəl 2011-ci ilin iy ununda hücuma məruz qalıb, 12 nəfər ölüb.