Bakıda piyadaya görə zəncirvari qəza

21 Yanvar 2018 14:06 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində olub.

Qəza zamanı "Mercedes", "VAZ-2107" və "Hyundai Tucson" markalı avtomobillər bir-birinə çırpılıb.

İlkin məlumatlara görə, qəza hərəkətdə olan "Mercedes"in yolu keçən piyadaya yol vermək üçün qəfil əyləci basması nəticəsində baş verib. Hər 3 avtonəqliyyat vasitəsinə ziyan dəyib, ölən və yaralanan yoxdur.