“Old Trafford”-da qol istəyi

4 Mart 2013 15:56 (UTC+04:00)


Real Madridin ulduz futbolçusu uzun müddətdən sonra yenidən çıxacağı "Old Trafford"-un torunu sirkələmək istəyir.

O, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Mançester Yunayted ilə oynadığı ilk oyundakl kimi qol vurmağı arzulayır. Buna baxmayaraq, qol vurarkən sevinib-sevinməyəcəyi ilə bağlı fikrində qərarsızdır.

Mançester Yunayteddə forma geyindiyi 6 ildə 3 Premyer Liqa, bir də Çempionlar Liqası zəfəri yaşayan oyunçu, komandadan ayrıldıqdan sonra klubun azərkeşləri tərəfindən daim xoş sözlərlə xatırlandığını bildirib.

Fərid
AzNew.az