Yarmarkada qiymətlər aşağı düşdü - Video

21 Yanvar 2018 21:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, alma 1 manata, armud 1 manata, naringi isə 1 manat 70 qəpiyə təklif edilir.

Həftə sonları paytaxda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən yarmarkalarda meyvə və tərəvəzlər digər bazarlarla müqayisədə bir qədər ucuz qiymətə satılır.

Bəzi məhsulların qiyməti isə bayramdan sonra ucuzlaşıb.

Ət və süd məhsularının qiyməti isə bazar və marketlərdən daha ucuz alıcılara təklif edilir.

Alıcılar isə bəzi məhsulların qiymətində bazar və marketlərlə müayisədə ucuz olduğunu, bəzilərinin isə çox az fərq etdiyini deyirlər.

Satıcılar deyir ki, qiymətlərdə hər hansı bir artım gözlənilmir. (Xəzər TV)