6 qəza, 2 ölü, 13 yaralı - Azərbaycanda

22 Yanvar 2018 09:45 (UTC+04:00)

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

AzNews.az